EBRD Qafqaz regionu ilə bağlı əsas qeyri-müəyyənlikləri açıqlayıb

Maliyyə
  • 04 noyabr, 2021
  • 06:57
EBRD Qafqaz regionu ilə bağlı əsas qeyri-müəyyənlikləri açıqlayıb

Bu il Şərqi Avropa və Qafqazda iqtisadi bərpa adi bir hadisə olsa da, bərpa sürətləri xeyli fərqlidir.

"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional Economic Prospekt” hesabatının noyabr sayında bildirilib.

"Enerji ixrac edən iqtisadiyyatlar – karbohidrogenə malik Azərbaycan və neft törəmələri ilə Belarus - yüksək enerji qiymətləri ilə dəstəklənən müstəsna nominal ixrac artımı səbəbindən gözləniləndən daha güclü artım əldə edir.

Enerji idxal edən ölkələrdə artım hazırda ləngiyir, amma bəzi hallarda gözləniləndən yüksəkdir (Ermənistan, Gürcüstan, Moldova). Lakin bu ölkələr artan COVID-19-a yoluxma halları və davam edən enerji böhranı səbəbi ilə bu ilin son rübündə və gələn ilin əvvəlində təzyiq altında qala bilər.

Bu mənfi təsirlər Rusiyadan artan pul köçürmələri və onların daxili istehlaka, xidmətlərə və daşınmaz əmlak sektorlarına təsiri ilə kompensasiya edilə bilər. Bütövlükdə regionda ÜDM-in bu il 3,6 %, gələn il isə 2,9 % artması gözlənilir.

Regionla bağlı əsas qeyri-müəyyənliklər koronavirus pandemiyasının gələcək inkişafı, vaksin alımı, qlobal tələbatın bərpası və gələcək enerji qiymətlərindən qaynaqlanır", - hesabatda deyilir.

Qeyd edək ki, Şərqi Avropa və Qafqaz regionu üzrə proqnoz iyundakı gözləntilərə nisbətən bu il 0,8 faiz bəndi artıb, 2022-ci il üçün isə 0,1 faiz bəndi azalıb.

44 filmi