EBRD Azərbaycanda akkumulyatorların emalının genişləndirilməsinə kredit ayırıb

Maliyyə
  • 14 dekabr, 2022
  • 12:12
EBRD Azərbaycanda akkumulyatorların emalının genişləndirilməsinə kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan şirkətinə - “Az-Lead” MMC-yə 4,2 milyon ABŞ dolları məbləğində yüksək təminatlı kreditin ayrılmasını təsdiqləyib.

“Report” xəbər veir ki, bu barədə EBRD məlumat yayıb.

Bildirilir ki, kreditin 1 milyon ABŞ dolları mövcud borcun yenidən maliyyələşdirilməsi, 1,9 milyon ABŞ dolları təkrar emal imkanlarının və enerji səmərəliliyinin artırılması üçün əsaslı xərclərə, 1,3 milyon ABŞ dolları isə köhnə batareyaların alınması üçün ayrılıb. Layihənin ümumi dəyəri 4,4 milyon ABŞ dolları təşkil edir.

Layihə əsasında şirkətin qurğuşun istehsal gücü 7,2 min tondan 17,3 min tona qədər artırılmasını, həmçinin qurğuşun itkisini azaltmağa və şirkətin ümumilikdə ətraf mühit və enerji səmərəliliyi göstəriciləri yaxşılaşdırılacaq.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Az-Lead” MMC istismar müddətini başa vurmuş qurğuşun-turşu akkumulyatorların təkrar emalı yolu ilə qurğuşun istehsalı ilə məşğul olur.

Qeyd edək ki, EBRD Azərbaycanda aparıcı institusional investordur. 1992-ci ildə orada fəaliyyətə başlayandan bəri Bank maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 185 layihəyə 3,65 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur və bu investisiyaların əksəriyyəti özəl müəssisələrə yönəlmişdir. Bankın ölkədəki strategiyası Azərbaycana iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək etməkdən ibarətdir.

Dayanıqlı İnfrastruktur Fondundakı donorlar: Kanada, Finlandiya, Almaniya, İrlandiya, Yaponiya, Koreya, Lüksemburq, Hollandiya, Norveç, İspaniya, İsveç, İsveçrə, TayvanBiznes-AYİB Texniki Əməkdaşlıq Fondu və Böyük Britaniyadır.

44 - Tezliklə