EBRD Azərbaycan aqrar şirkətinə 2 milyon dollar kredit ayırıb

Maliyyə
  • 03 iyul, 2023
  • 06:34
EBRD Azərbaycan aqrar şirkətinə 2 milyon dollar kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən “H and M Agro” MMC-yə 2 milyon ABŞ dolları təminatlı kreditin ayrılmasını təsdiq edib.

“Report” xəbər veir ki, bu barədə EBRD məlumat yayıb.

Bildirilir ki, kredit şirkətə Salyan şəhərindəki istixanasını hazırkı 5 hektardan 10 hektara qədər genişləndirilməyə imkan verəcək. Layihə adi istixanalarla müqayisədə daha yüksək məhsuldarlıq və azaldılmış su istehlakına imkan verəcvək yeni hidroponik istixanaların quraşdırılmasını dəstəktəkləyəcək.

Layihənin ümumi dəyəri 3,98 milyon dollardır. Xərclərin qalan hissəsini isə şirkətin rəhbəri öz vəsaiti hesabına maliyyələşdirəcək.