Dünya ölkələrinin qızıl ehtiyatına görə reytinqi açıqlanıb

Maliyyə
  • 31 mart, 2017
  • 09:07
Dünya ölkələrinin qızıl ehtiyatına görə reytinqi açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Dünya Qızıl Şurası qızıl ehtiyatlarının həcminə görə, ölkələrin reytinqini hazırlayıb. "Report" xəbər verir ki, 2017-ci il yanvarın 1-nə ən şox qızıl ehtiyatına sahib olan ölkə ABŞ olub və onun ehtiyatları 8 133,5 ton təşkil edib. İkinci sırada 3 377,9 ton qızıl ehtiyatı ilə Almaniya yer alıb. İlk 5-likdə müvafiq olaraq İtalya (2 451,8 ton), Fransa (2 435,8 ton) və Çin (1 842,6 ton) qərarlaşıb. Digər ölkələrin siyahısı isə aşağıdakı cədvəldə göstərilib:

Ölkələr Ehtiyatlar (ton)
Rusiya 1 615,2
İsveçrə 1 040
Yaponiya 765,2
Hollandiya 612,5
Hindistan 557,8
Türkiyə 396,5
Portuqaliya 382,5
S.Ərəbistanı    322,9
İngiltərə 310,3
Livan 286,8
İspaniya 281,6
Avstriya 280
Qazaxıstan 254,7
Belçika 227,4
Filippin 196,3
Venesuela 188,9
Əlcəzair 173,6
Tayland 152,4
Sinqapur 127,4
İsveçrə 125,7
C.Afrika 125,3
Meksika 120,6
Liviya 116,6
Yunanıstan 112,8
Koreya 104,4

Xatırladaq ki, Azərbaycanın qızıl ehtiyatları 30,17 ton təşkil edir və ehtiyatların həcminə görə sıralamada ilk 50 ölkə arasında yer almayıb. 

2017-ci il qızıl bazarının perspektivləri barədə fikirlərini açıqlayan ABŞ-ın "Standard Chartered" bankının qiymətli metallar üzrə analitiki Suki Kooperə görə, bu il Çin və Hindistanda qızıla tələbatın zəifləməsi və ABŞ-da uçot dərəcəsinin artırılması fonunda qızılın qiymətində azalma gözlənilir. Amma qızıl yalnız bu tip amillərdən asılı deyil. "Brexit"in fəsadları, D.Trampın makroiqtisadi siyasətinin qeyri-müəyyənliyi, müxtəlif geosiyasi risklər risksiz maliyyə aləti sayılan qızıla tələbatı canlandıra bilər.

44 - Tezliklə