Dünya Bankının yeni prezidenti seçilib
Maliyyə
- 28 sentyabr, 2016
- 06:04
Bakı. 28 sentyabr. REPORT.AZ/ Dünya Bankı (WB) Qrupunun prezidenti Cim Yonq Kim (Jim Yong Kim) növbəti 5 ildə də bu vəzifəni icra edəcək.
“Report”un Bankdan əldə etdiyi məlumata görə, C.Y.Kim öz vəzifəsinə 2017-ci ilin iyulun 1-dən başlayacaq.
Artıq WB-nin Direktorlar Şurası C.Y.Kimin vəzifəsini təsdiq edib.
C.Y.Kim WB-də 2012-ci ilin iyulundan işləməyə başlayıb. Onun prezidentliyi dövründə Bankın gəlirlərinin 40%-ə qədər artdığı, inzibati xərclərin isə 400 mln. dollar azaldığı bildirilir.
Xatırladaq ki, hazırda WB Azərbaycanda 11 layihəni maliyyələşdirir.
Son xəbərlər
06:19
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Biznes05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22