Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozuna yenidən baxıb
Maliyyə
- 27 iyul, 2016
- 16:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 iyul. REPORT.AZ/ Dünya Bankı (DB) 2016-cı il üçün xam neftin qiyməti ilə bağlı proqnozunu 2 dollar artırıb.
“Report” xəbər verir ki, DB neftin qiyməti ilə bağlı proqnozunu 41 dollar/bareldən 43 dollar/barelə qədər yüksəldib.
Bankın hesabatına görə, bu ilin ikinci rübündə neft qiymətlərində 37%-lik sıçrayış qeydə alınıb.
“Biz 2016-cı ilin ikinci yarısında neft qiymətlərinin bir qədər yüksək olacağını gözləyirik”, - deyə Bankın iqtisadçısı Con Baffes (John Baffes) deyib.
DB həmçinin gələn il metalların qiymətinin 10% düşəcəyini proqnozlaşdırır: “Apreldə isə bu azalma kəskin şəkildə (8,2%) müşahidə ediləcək. Bu il enerji daşıyıcılarının qiyməti 16,4% ucuzlaşıb, apreldə isə azalma 19,3% olub”.
Son xəbərlər
21:11
Bakıda insidentlə bağlı saxlanılan Orxan Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib
Hadisə
20:56
Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər
Digər ölkələr
20:38
Tramp ABŞ, Rusiya və Ukrayna danışıqlarının tezliklə keçiriləcəyini açıqlayıb
Digər ölkələr
20:20
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
Futbol
20:00
Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edib
Futbol
19:47
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb
Digər ölkələr
19:33
Foto
Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
Fərdi
19:31
Bəqai: ABŞ birtərəfli tələblərindən əl çəkmir
Region
19:27
Foto
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Fərdi