Dünya Bankı: Mənzil böhranı 2030-cu ilə qədər 3 milyard insana təsir edəcək
- 20 may, 2026
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Qlobal mənzil böhranı 2030-cu ilə qədər 3 milyard insana təsir edəcək.
"Report" xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.
"2030-cu ilə qədər təxminən 3 milyard insan mənzil əlçatanlığı problemi ilə üzləşəcək, mövcud tələbatı ödəmək üçün isə 500 milyona yaxın yeni yaşayış obyekti inşa edilməlidir. Bu, birgə səylər tələb edən qlobal çağırışdır", - V. Levkov deyib.
Bundan əlavə, o, qeyd edib ki, planetin yetkin sakinlərinin 93 %-nin rəsmi mənzil maliyyələşdirmə mexanizmlərinə çıxışı yoxdur, inkişaf etməkdə olan dövlətlərdə isə torpaq sahələrinin 70 %-i hələ də qeydiyyata alınmamış qalır.