Dünya Bankı: "Azərbaycanda sentyabr ayında iqtisadi artım 14 %-ə çatıb"
- 10 noyabr, 2021
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycanda iqtisadi canlanma davam edib və iqtisadi artım illik müqayisədə 13,7 %-ə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Azerbaıjan Monthly Economıc Update– November 2021” hesabatında bildirilib.
Sənədə əsasən, yanvar-sentyabr aylarında iqtisadi artım avqust ayının sonuna olan göstərici ilə müqayisədə 1,2 faz bəndi artaraq 3,6 %-dən 4,8 %-əq çatıb.
Neft hasilatı OPEC+ kvotalarının yumşaldılması ilə bərpa olunarkən, Azərbaycanın enerji sektorunda il ərzində 27 %-lik güclü artım qeydə alınıb.
Qeyri-enerji sektoru isə sentyabr ayında illik 9,5 % artıb ki, bu da, avqust ayı ilə müqayisədə (illik 8,5 % artım) xeyli sürətlidir.
Qeyri-enerji sənayesində 25,4 %, nəqliyyat sektorunda 25 % və hotelçilik biznesində 46,9 % müstəsna yüksək artım olub.
Digər sektorlardan kənd təsərrüfatı (illik 5,6 %), pərakəndə ticarətdə (illik 5,5 %) güclü artım qeydə alınıb.
Ödəmələrin aylıq 6 %, kredit və debet kartları ilə əməliyyatlar isə sentyabr ayında 8,2 % artması istehlakda bərpanın davam etdiyini göstərir
Sentyabr ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-neft investisiyalarının 2 dəfə artması ilə bu dövr ərzində ümumi investisiyalar 1,7 % artsa da, yanvar-sentyabr aylarında illik 8,7 % azalıb.