Dünya Bankı: "Azərbaycanda orta illik inflyasiya 5,5 % səviyyəsində reallaşacaq"

Maliyyə
  • 06 oktyabr, 2021
  • 07:07
Dünya Bankı: Azərbaycanda orta illik inflyasiya 5,5 % səviyyəsində reallaşacaq

Bu il Azərbaycanda orta illik inflyasiya 5,5 % səviyyəsində reallaşması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Sənədə əsasən, Azərbaycanda gələn il orta illik inflyasiyanın 4,5 %, 2023-cü ildə isə 4,1 % həddində proqnozlaşdırılır.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 8 ayında Azərbaycanda orta illik inflyasiya 4,8 % səviyəsində reallaşıb.

Asiya İnkişaf Bankı (ADB) bu il üçün Azərbaycanda inflyasiya gözləntisini 4,5 %-ə, gələn il üçün isə 3 % çatdırıb.