DSMF-nin gələn il üçün büdcəsi 7 milyard manata yaxın olacaq

Maliyyə
  • 20 oktyabr, 2023
  • 08:08
DSMF-nin gələn il üçün büdcəsi 7 milyard manata yaxın olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 6 milyard 919,9 milyon manat olacağı gözlənilir.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur.