DSMF bank xidmətləri ilə bağlı tenderin qaliblərini açıqlayıb
- 17 fevral, 2023
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) bank xidmətləri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lərdir.
Qalib banklara müvafiq olaraq 16,206 milyon manat və 15,988 milyon manat, ümumilikdə isə 32,194 milyon manat ödəniləcək.
Qeyd edək ki, tender əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətləri ilə bağlıdır.