DSMF bank xidmətləri ilə bağlı 2 tender keçirir
- 23 aprel, 2022
- 07:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bank xidmətlərinin satın alınması üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 açıq tender elan edib.
“Report” xəbər verir ki, hər 2 tenderlərdə iştirak haqqı 300 manatdır.
Tenderlər DSMF-nin Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsinin, eləcə də aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsinin həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətləri ilə bağlıdır.
İddiaçılar ilkin sənədləri iyunun 2-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə iyunun 10-u, saat 17:00-a qədər DSMF-nin Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 80 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyunun 13-ü, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, DSMF ötən ilin dekabr ayında bank xidmətləri ilə bağlı elan etdiyi 2 açıq tenderin qalibləri "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər olmuşdu. Qalib banklara müvafiq olaraq 11,053 milyon manat və 11,025 milyon manat, ümumilikdə isə 22,078 milyon manat ödənilmişdi.