Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçib

Maliyyə
  • 25 may, 2023
  • 13:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun audit ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "HLB Azərbaycan" MMC-dir.

Qalib şirkətə 16 299 manat ödəniləcək.

44 - Tezliklə