Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 3,6 dəfə üstələyib

Maliyyə
  • 21 fevral, 2017
  • 16:05
Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 3,6 dəfə üstələyib

Bakı. 21 fevral.REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102002547 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un BFB-ya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36 215 300 manat təşkil edib.

Sifarişlər 90,3858 manat (21,4499%) və 93,0842 manat (14,9823%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 92,3980 manat (16,5912%) orta ölçülmüş qiyməti 92,7509 manat (15.7608%) təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 22.08.2017-cı ildir.

44 - Tezliklə