Dollar indeksi 13 illik maksimuma çatıb
Maliyyə
- 24 noyabr, 2016
- 12:48
Bakı. 24 noyabr. REPORT.AZ/ Dollar indeksi (US Dollar İndex, DXY) 101,94 bəndə yüksələrək son 13 ilin maksimal həddinə çatıb.
"Report" xəbər verir ki, bu indeksi ABŞ dollarının 6 əsas ticarət tərəfdaşı olan ölkələrin valyuta səbəti ilə müqayisədə məzənnəsi kimi qəbul edilir. Bu valyutalar - Yaponiya yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu, İsveçrə frankı və avrodur. Dollar indeksinin ABŞ iqtisadiyyatından gələn müsbət göstəricilər fonunda dolların möhkəmlənməsi nəticəsində yüksəldiyi bildirilir.
Dollar indeksinin qarşıdakı günlərdə daha da yüksələcəyi ehtimal edilir. Xatırladaq ki, DXY indeksinin maksimal səviyyəsi 1985-ci ildə (164,7), minimal səviyyəsi isə 2008-ci ildə (70,7) səviyyəsində qeydə alınıb.
Son xəbərlər
02:46
"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər
Digər ölkələr02:09
Filippe Koutinyo "Santos" komandasına qoşulub
Futbol01:38
Metsola: Avropa Parlamenti Kanadada nümayəndəlik açacaq
Digər ölkələr01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46