Deputat: "İdman sahəsinə dəstək alətlərinin sayı artırılmalıdır"

Maliyyə
  • 12 noyabr, 2025
  • 13:54
Deputat: İdman sahəsinə dəstək alətlərinin sayı artırılmalıdır

Azərbaycanda iİdman sahəsinə dəstək alətlərinin sayının artırılması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır.

"Report" xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.

"İdmanla bağlı ölkə Prezidentinin rəhbərliyi altında kifayət qədər böyük işlər görülür, Azərbaycan idman ölkəsi kimi tanınır. Bu, çox vacibdir. Misal üçün, Qarabağ futbol klubunun son vaxtlardakı qələbələri ilə internetdə Azərbaycan və hətta Ağdam şəhəri ilə bağlı axtarışların sayı 10 dəfə artıb. Yəni, bir klub ölkənin tanıdılması üçün nə qədər müsbət işlər görür və bu mənada idmana, bədən tərbiyəsinə yönəlik böyük işlər görülür. Sponsorlarla bağlı güzəşt məsələsi hələ də danışılır. Gələcəkdə idmana dövlətin maliyyə ayırmasının deyil, sponsorlara hər hansı güzəştlərin verilməsinin forması tapılmalıdır. Bir alət kimi dəstək verilməlidir", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti