Deputat: "Azərbaycanın sosial xərcləri Ermənistanın ümumi xərclərindən çoxdur"

Maliyyə
  • 20 noyabr, 2025
  • 15:59
Deputat: Azərbaycanın sosial xərcləri Ermənistanın ümumi xərclərindən çoxdur
Vüqar Bayramov

Gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılacaq vəsaitin məbləği Ermənistanın büdcəsinin ümumi xərclərindən çoxdur.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, bir sıra dairələr Azərbaycanın sosial göstəricilərini qonşu ölkələrlə müqayisə edərək yanlış fikirlər formalaşmağa çalışırlar: "2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2,4 milyard dollarlıq sosial ayırmalarından 4,2 dəfə, Gürcüstanın 2,6 milyard dollarlıq sosial xərclərindən 3,8 dəfə çoxdur. Əgər, Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir ölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansı müqayisədən söhbət gedə bilər?"

Son xəbərlər

Bütün Xəbər Lenti