“Dənizkənarı Milli Park”ın nizamnamə kapitalı əvvəlki həddə qaytarılıb

Maliyyə
  • 24 iyun, 2022
  • 09:21
“Dənizkənarı Milli Park”ın nizamnamə kapitalı əvvəlki həddə qaytarılıb

Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC nizamnamə kapitalını 6 211 020 manat azaldaraq 10 manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Dövlət şirkətinin kapitalı 2020-ci ilin yanvar ayında kəskin artırılmışdı.

Xatrıladaq ki, "Dənizkənarı Milli Park" 2008-ci ildə yaradılıb.

44 - Tezliklə