“Dəmirbank”ın aktivləri 6% artıb
- 04 noyabr, 2015
- 09:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 noyabr. REPORT.AZ/ Cari ilin oktyabrın 1-nə “Dəmirbank” ASC-nin aktivlərinin həcmi 441 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün eyni göstəricisindən 6% çoxdur. Bununla yanaşı, son bir ildə Bankın kredit portfeli 3,4% artaraq 333 mln. manata çatıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, il ərzində prudensial normativlər daha da yaxşılaşıb. Belə ki, I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsalları 0,8 faiz bəndi artaraq müvafiq olaraq 8,38% və 14,07% olub (AMB-nin adekvatlıq əmsalları üzrə normativləri 6% və 12%-dir).
Oktyabrın 1-nə Bankın məcmu kapitalı 62,19 mln. manat təşkil edib.
Qeyd edək ki, “Dəmirbank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü Bakıda, 20-si isə regionlarda yerləşir.