2020-ci ildə dağıdıcı hadisələr qlobal ÜDM-i 584 milyard dollar azalda bilər

Maliyyə
  • 28 dekabr, 2019
  • 09:10
2020-ci ildə dağıdıcı hadisələr qlobal ÜDM-i 584 milyard dollar azalda bilər

Gələn il dağıdıcı hadisələr qlobal Ümumi Daxili Məhsulu (ÜDM) 1,55% və ya 584 mlrd dollar azalda bilər.

“Report” xəbər verir ki, bu barədə Kembric Universitetinin "Cambridge Global Risk Outlook 2020" hesabatında bildirilib.

Hesabata görə, risklərə ən çox məruz qalacaq şəhərlər siyahısında 25 mlrd dollarla Tokio, 18,8 mlrd dollarla İstanbul, 16,1 mlrd dollarla Nyu-York ilk üçlükdə qərarlaşıb. Müvafiq olaraq ilk 3 şəhər üçün ən böyük risklər dövlətlərarası qarşıdurmalar və maliyyə bazarlarının çökməsi göstərilib.

Məlumata görə, 2020-ci ildə qlobal ÜDM üçün ən təhlükəli hadisələr sıralamasında isə təbii fəlakətlər (179 mlrd dollar), maliyyə, iqtisadiyyat və ticarət sektorunda baş verəcək risklər (149 mlrd dollar), geosiyasi və təhlükəsizlik riskləri (141 mlrd dollar) üstünlük təşkil edəcək.

Qeyd edək ki, Kembric Universiteti risk sıralamaları və onların ÜDM-yə təsirini ölçmək üçün dünyanın ən mühüm 279 şəhərində iqtisadiyyata təsir edə biləcək 22 riskin əks olunduğu 12 mindən çox fəlakət ssenarisi təhlil edib. Hesabata daxil edilən şəhərlər qlobal ÜDM-in 41%-ni təşkil edir.