“City Finance” BOKT-nin rəhbəri dəyişib

Maliyyə
  • 10 avqust, 2019
  • 07:54
“City Finance” BOKT-nin rəhbəri dəyişib

“City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Şamil Quliyevi BOKT-nin biznes kreditləri şöbəsinin müdiri Tural Əhmədov əvəz edib.

Keçmiş direktor isə əmək fəaliyyətini bank sektorunda davam etdirəcək.

Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçisi 100% "AQA Şirkətlər Qrupu" MMC-dir.