Çin şirkətlərinin 96%-i bazar dəyərini itirdi

Maliyyə
  • 04 fevral, 2020
  • 07:56
Çin şirkətlərinin 96%-i bazar dəyərini itirdi

Çində yayılmış koronavirus fonunda bu ölkənin şirkətlərinin bazar dəyəri azalmaqdadır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Çinin fond birjalarında alınıb-satılan 4 min şirkətə məxsus səhmlərin 3 838-nin və yaxud 95,95%-nin qiyməti aşağı düşüb. 

Bu arada ölkənin maliyyə sektorunun virusun təsirlərindən qorumağa çalışan Çin Mərkəzi Bankı (PBOC) valyuta bazarına son 1 ilin ən yüksək likvidliyini verərək yuanın ABŞ dolları qarşısında məzənnəsini 7 ətrafında sabitləşdirib. Ekspertlər isə bu günə qədər görülən tədbirlərin əsasən pul-kredit siyasətində genişlənmənin başlanğıcı olduğunu bildirərək PBOC-u isə iqtisadi artımı dəstəkləmək üçün ortamüddətli likvidlik verməyə və banklar üçün məcburi ehtiyat normasını azaltmağa çağırıblar.