"CFI Financial Group" Azərbaycandakı törəməsinə tam sahib olub

Maliyyə
  • 05 fevral, 2026
  • 10:52
CFI Financial Group Azərbaycandakı törəməsinə tam sahib olub

"CFI Financial İnvestisiya Şirkəti" QSC-nin səhmlərinin 90 %-nə nəzarət edən dünyanın aparıcı onlayn ticarət brokeri - "CFI Financial Group" payını 100 %-ə çatdırıb.

"Report"un əldə etdiyi məlumata görə, holdinq bunun üçün investisiya şirkətinin səhmlərinin 10 %-nə nəzarət edən İlqar Rüstəmbəylinin payını alıb.

Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildən fəaliyyət göstərən "Azfinance İnvestisiya Şirkəti" QSC-nin bazasında 2024-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,55 milyon manatdır.