"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını artırıb

Maliyyə
  • 18 mart, 2026
  • 16:12
CFI Financial Group Azərbaycandakı törəməsindəki payını artırıb

"CFI Financial İnvestisiya Şirkəti" QSC-nin səhmlərinin 98 %-nə nəzarət edən dünyanın aparıcı onlayn ticarət brokeri - "CFI Financial Group" payını 98,48 %-ə çatdırıb.

"Report" xəbər verir ki, bu, investisiya şirkətinin nizamnamə kapitalının 1,45 milyon manat və yaxud 31,9 % artırılaraq 4,55 milyon manatdan 6 milyon manata çatdırılmasından sonra baş verib.

Kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 1 000 manat olan 1 450 ədəd yeni səhmi "CFI Financial Group" əldə edib. Onun "CFI Financial"dakı payı artıb, əvəzində digər səhmdarların - Cəmiyyətin Müşahidə Şurasının üzvləri Karim Malas və Mazen Abbasın payları müvafiq olaraq 0,15 %-dən 0,12 %-ə və 1,85 %-dən 1,4 %-ə düşüb.

Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildən fəaliyyət göstərən "Azfinance İnvestisiya Şirkəti" QSC-nin bazasında 2024-cü ildə yaradılıb.