Bu il Azərbaycanda iqtisadi aktivliyi dəstəkləmək üçün yardım paketinin həcmi açıqlanıb
- 06 aprel, 2022
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan höküməti, Qarabağın bərpası ilə bağlı investisiya planları da daxil olmaqla, iqtisadi aktivliyi dəstəkləmək üçün 2022-ci ildə 3 milyard ABŞ dollarlıq yardım paketi ayıracaq.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri 2022” hesabatında bildirilir.
Hesabata əsasən, dövlət büdcəsinin xərcləri bu il ümumi daxili məhsulun (ÜDM) 31,3 %-nə, 2023-cü ildə isə ÜDM-in 29,2 %-nə bərabər olması gözlənilir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərinin, aşağı vergi gəlirlərini kompensasiya etmək üçün bu il 12 % artması və bütün gəlirlərin yarısını təmin edəcəyi, yeni fiskal qaydaların qəbulundan sonra isə 2023-cü ildə transfertlərin artım templərinin 9,5 %-ə düşəcəyi gözlənilir.
ADB hökumətin "yaşıl" enerjinin inkişafına və Qarabağın infrastrukturuna yatırdığı sərmayələrin, özəl investisiyaların təsiri ilə, bu il investisiya qoyuluşu 2 %, gələn il isə 3,5 % artacağını proqnozlaşdırır.