"Brand Credit" BOKT-un direktoru dəyişib

Maliyyə
  • 20 sentyabr, 2022
  • 08:14
Brand Credit BOKT-un direktoru dəyişib

"Brand Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Rahil Əhmədov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, BOKT-a rəhbərlik Şahin Mirzəyevə həvalə olunub.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 74,9% payla Yeganə Vəliyeva, 22,26% payla Əli Hüseynov və 2,84% payla Şəbnəm Vəliyevadır.