“Brand Credit” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 02 iyun, 2025
  • 15:23
“Brand Credit” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Brand Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 653 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il “Brand Credit”in vergiyəqədərki mənfəəti 810 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 157 min manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 6,808 milyon manat olub ki, bu da illik müqayisədə 20,3 % çoxdur. Bunun 5,95 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 14,2 % böyüyüb.

Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 21,8 % artaraq 4,42 milyon manata, balans kapitalı isə 17,7 % artaraq 2,388 milyon manata çatıb.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 75% payla Yeganə Vəliyeva, 22% payla Əli Hüseynov və 3 % payla Şəbnəm Vəliyevadır.

44 - Tezliklə