“Bolkart”la "Mall"larda alış-veriş edənlərə 2 ay güzəşt olunur

Maliyyə
  • 01 avqust, 2017
  • 11:50
“Bolkart”la Malllarda alış-veriş edənlərə 2 ay güzəşt olunur

Bakı. 1 avqust. REPORT.AZ/ “Bank of Baku” ASC-nin “Bolkartı” olan müştəriləri üçün elan etdiyi silsilə yay kampaniyaları sırasına daha biri əlavə edilib. 

Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Bolkart”la "Mall"larda alış-veriş edənlərə +2 ay Hədiyyə” şüarı altında keçirilən kampaniyadan bütün “Bolkart” - kredit kart sahibləri faydalanaraq, yay alış-verişlərini arxayınlıqla edə bilərlər. Belə ki, avqustun 1-10-u tarixlərini əhatə edən kampaniya çərçivəsində "Park Bulvar", "28 Mall", "MetroPark", "Port Baku" və "Gənclik Mall"da yerləşən, “Bolkart”ın partnyor şəbəkəsinə daxil olan bütün mağazalarda alış-veriş edən “Bolkart” sahibləri ödəniş üçün 2 ay əlavə vaxt qazanacaqlar. 

Yəni, kampaniya dövrü ərzində “Bolkart” sahibləri 3 ay müddətinə etdikləri alış-verişlərin xərcini 5 aya, 6 ay müddətinə etdikləri alış-verişlərin xərcini 8 aya, 12 ay müddətinə etdikləri alış-verişlərin xərcini isə 14 aya ödəyəcəklər.

"Bank of Baku"nun “Gəliiiir” şüarı altında həyata keçirdiyi bu və digər kampaniyalar haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng etməklə və yaxud "Bolkart" məhsulunun rəsmi Facebook səhifəsinə daxil olmaqla (https://www.facebook.com/Bolkart/) əldə etmək mümkündür. 

44 - Tezliklə