Bitkoinin qiyməti 16 min dollardan aşağı düşüb

Maliyyə
  • 09 noyabr, 2022
  • 22:48
Bitkoinin qiyməti 16 min dollardan aşağı düşüb

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 15 min ABŞ dollarına kimi ucuzlaşıb.

“Report”un məlumatına görə, bu barədə “Coindesk” platformasının məlumatında deyilir.

Kriptovalyuta 13,51 % ucuzlaşaraq 15,844 min ABŞ dollarına satılıb.

Qeyd edək ki, bu kriptovalyutanın qiyməti 2020-ci ilin noyabr ayından bəri ilk dəfə 16 000 dollardan aşağı düşüb.