“Birkart” BOKT "Umico"da payını artırıb

Maliyyə
  • 03 may, 2024
  • 08:46
“Birkart” BOKT Umicoda payını artırıb

"PAŞA Holdinq" MMC-yə məxsus "Competo" MMC-nin ("Umico") təsisçilərinin pay bölgüsündə dəyişiklik olub.

"Report" xəbər verir ki, bu, Holdinqə daxil olan “Kapital Bank” ASC-yə məxsus “Birkart” MMC bank olmayan kredit təşkilatının (BOKT) "Umico"ya 21,876 milyon manat əlavə investisiya yatırmasından sonra baş verib.

Son nəticədə “Birkart”ın "Competo"dakı payı 25 %-dən 48 %-ə çatıb, əvəzində əsas təsisçi - “PAŞA Holdinq”in payı 75 %-dən 52 %-ə düşüb.

Xatırladaq ki, "Competo" 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 91,219 milyon manatdır. Bakıda və Kiyevdə (Ukrayna) ofisləri olan geniş profilli informasiya texnologiyaları və biznes həlləri şirkətidir. Şirkət pərakəndə bankçılıq üzrə İT və konsaltinq xidmətləri sahələrində fəaliyyət göstərir.