“Birkart” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 02 iyun, 2025
  • 15:42
“Birkart” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Birkart” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 402 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 3,4 dəfə çoxdur.

Bununla da, BOKT-un yığılmış zərəri illik müqayisədə 52,2 % artaraq 1,172 milyon manata çatıb.

Bu il yanvarın 1-nə “Birkart”ın aktivləri 87,164 milyon manat olub ki, bu da illik müqayisədə 39,9 % çoxdur. Hesabat dövründə “Birkart”ın öhdəlikləri 50 % azalaraq 1 min manata, balans kapitalı isə 39,9 % artaraq 87,163 milyon manata, o cümlədən nizamnamə kapitalı 40 % artaraq 88,336 milyon manata çatıb.

Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % “Kapital Bank” ASC-dir.