“Birkart” BOKT maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 27 may, 2022
  • 11:40
“Birkart” BOKT maliyyə göstəricilərini açıqlayıb

“Birkart” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 140 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 44,3% çoxdur.

Bu il yanvarın 1-nə “Birkart”ın aktivləri 8,238 milyon manat olub ki, bu da illik müqayisədə 42% çoxdur. Bunun 28 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 66,7% və yaxud 3 dəfə kiçilib.

Hesabat dövründə “Birkart”ın öhdəlikləri 91,9% və yaxud 12,3 dəfə azalaraq 86 min manata düşüb, balans kapitalı isə 71,9% artaraq 8,152 milyon manata, o cümlədən nizamnamə kapitalı 71,1% artaraq 8,54 milyon manata çatıb.

Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.