“Birkart” BOKT maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 11 may, 2023
  • 11:09
“Birkart” BOKT maliyyə göstəricilərini açıqlayıb

“Birkart” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 265 min manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 89,3% çoxdur.

Bu il yanvarın 1-nə “Birkart”ın aktivləri 30,707 milyon manat olub ki, bu da illik müqayisədə 3,7 dəfə çoxdur. 2022-ci ildə BOKT-un kredit portfeli 100 % kiçilib.

Hesabat dövründə “Birkart”ın öhdəlikləri 97,7 % və yaxud 43 dəfə azalaraq 2 min manata düşüb, balans kapitalı isə 3,8 dəfə artaraq 30,705 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,7 dəfə artaraq 31,358 milyon manata çatıb.

Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.