BFB və UNEC birgə fəaliyyətə dair əməkdaşlıq memorandumu imzalayıb

Maliyyə
  • 17 mart, 2025
  • 17:03
BFB və UNEC birgə fəaliyyətə dair əməkdaşlıq memorandumu imzalayıb

"Bakı Fond Birjası" QSC (BFB) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında birgə fəaliyyətə dair əməkdaşlıq memorandumu imzalanıb.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, Birjanın İdarə heyətinin sədri Ruslan Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin UNEC rektoru Ədalət Muradovla görüşündə universitet və iş dünyası arasında əməkdaşlığın səmərəliliyin artırılmasından bəhs olunub. Görüş zamanı həmçinin müəllim və tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, birgə layihələrin icrası istiqamətlərdə fikir mübadiləsi aparılıb.

44 filmi