BFB Çoxölkəli İslam Maliyyəsi Bacarıqların İnkişafı Proqramında iştirak edib

Maliyyə
  • 20 oktyabr, 2025
  • 11:33
BFB Çoxölkəli İslam Maliyyəsi Bacarıqların İnkişafı Proqramında iştirak edib

"Bakı Fond Birjası" QSC (BFB) 13–17 oktyabrda keçirilmiş Çoxölkəli İslam Maliyyəsi Bacarıqların İnkişafı Proqramında iştirak edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, tədbiri İslam Maliyyə Xidmətləri Şurası (IFSB) təşkil edib və ona Azərbaycan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan tənzimləyici orqanlar və maliyyə institutlarının nümayəndələri qatılıb.

Proqramın məqsədi iştirakçıların İslam bankçılığı əməliyyatları, likvidlik idarəçiliyi, Şəriət prinsiplərinə uyğun maliyyə alətləri, məhsul strukturlaması və tənzimləyici nəzarət sahəsində biliklərini artırmaq olub. Malayziyanın ikili bankçılıq sistemi və beynəlxalq səviyyədə tanınmış Şəriət İdarəetmə Çərçivəsi əsasında keçirilən proqram nəzəri bilikləri praktik tətbiqlərlə birləşdirərək "Bank Negara Malaysia" və aparıcı İslam maliyyə institutlarının təcrübələrini təqdim edib.

BFB təcrübə mübadiləsi aparmaq və regionda davamlı və inklüziv maliyyə bazarlarının inkişafına töhfə vermək imkanını yüksək qiymətləndirir.

Son xəbərlər

Bütün Xəbər Lenti