Beynəlxalq təşkilatlar Azərbaycanda törəməsi olan Bankda payını artıracaq

Maliyyə
  • 01 oktyabr, 2021
  • 13:53
Beynəlxalq təşkilatlar Azərbaycanda törəməsi olan Bankda payını artıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Gürcüstanın “TBC Bank"ının Orta Asiyadakı törəməsi - “TBC Bank Uzbekistan”da (TBC UZ) paylarını artırmaq niyyətindədir.

“Report”un EBRD-yə istinadən verdiyi məlumata görə, hər iki beynəlxalq maliyyə institutu 2022-2024-cü illərdə paylarını 20%-ə çatdırmağı düşünür.

Bunun üçün onlardan hər biri ilkin mərhələdə 9,4 milyon ABŞ dolları pul qoyacaq.

2020-ci ilin oktyabrında yaradılan “TBC UZ” Özbəkistanın ilk rəqəmsal bankıdır. Bu gün Bank 12 regionda 2 ağıllı və yeni nəsil şöbəsi, 34 “müştəri əlaqə nöqtəsi” vasitəsi ilə xidmət göstərir.

“TBC Bank” Azərbaycanda da fəaliyyət göstərir. Bank ölkəmizdə, 100 % təsisçisi olduğu “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilə təmsil olunur.

44 - Tezliklə