ABŞ Zərbxanası üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq

Maliyyə
  • 15 iyul, 2026
  • 17:23
ABŞ Zərbxanası üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq

ABŞ Zərbxanası üzərində Prezident Donald Trampın təsviri olan 1 dollar nominalında yeni qızıl sikkə buraxacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində yazıb.

"ABŞ müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda Zərbxana azadlığın sönməz irsi və vətənpərvərliyin əbədi simvolunun şərəfinə 1 dollar nominalında yeni qızıl sikkə buraxmağa başlayacaq. Prezident Trampın təsviri ilə", - o qeyd edib.