Belarus Çin ilə kredit müqaviləsi imzalayıb
Maliyyə
- 16 dekabr, 2019
- 07:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Belarus Çin ilə 3,5 milyard yuan (təxminən, 500 milyon ABŞ dolları) məbləğində təcili kredit verilməsi barədə müqavilə imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, müqavilə Belarus Maliyyə Nazirliyi və Çin İnkişaf Bankının Şanxay filialı arasında bağlanılıb.
Həmçinin kreditin hər hansı bir layihənin icrası ilə əlaqəli olmadığı və ümumi məqsədlər üçün istifadə ediləcəyi, o cümlədən dövlət borcunun ödənilməsi və xidmət göstərilməsi, Belarusun qızıl və valyuta ehtiyatlarının qorunması, habelə ölkələr arasında ikitərəfli ticarətin inkişafına istiqamətlənəcəyi qeyd olunur.
Son xəbərlər
19:25
"Deutsche Bank"ın rəhbəri Almaniya hakimiyyətini bürokratiyanı azaltmağa çağırıb
Digər ölkələr19:11
Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək
Digər ölkələr19:02
"Kür"ün baş məşqçisi Fuad Yanqildin: "Komanda ikinci oyunda daha inamlı idi"
Komanda18:50
İsrail ordusu HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr18:46
Fərid Qayıbov: "Həndbol klublarına maddi dəstək yoxdur"
Komanda18:31
Foto
EHF Avropa Kuboku: "Kür" APOEL-i ikinci oyunda da məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb
Komanda18:23
Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi olub
Formula 118:19
Türkiyədə 8 ayda 7 818 əməliyyat keçirilib, 32 mindən çox şübhəli həbs olunub
Region18:08