"Bank VTB (Azərbaycan)" kreditləşməni 65% artırıb
- 27 oktyabr, 2014
- 09:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 oktyabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)"ın məcmu aktivləri bu ilin oktyabrın 1-nə 263 mln. manat təşkil edib ki, bu da ötən ilin yeni dövrünün analoji göstəricisi ilə müqayisədə 58,4% çoxdur. Bu barədə "Report"a Bankın Bakıdakı baş ofisindən məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında Bankın məcmu kredit portfeli üzrə göstəricisi 246 mln. manat olub. Ötən ilin 9 aylıq göstəricisi ilə müqayisədə kreditləşmənin həcmi 65,1% artıb. Kredit portfelinin 53%-i biznes-kreditlərin payına düşüb ki, onlardan da 32%-i mikro və kiçik sahibkarlığa, 21%-i isə orta və iri biznes layihələrinə yönəldilib. Ümumi kredit portfelinin 47%-ni təşkil edən istehlak kreditlərinin əsas hissəsi avtokreditlərin (27%) və nağd kreditlərin (16%) payına düşüb.
Oktyabrın əvvəlinə Bankın depozit portfeli 14 mln. manat olub. Bu ilin ilk 9 ayı nəticəsində Bankın gəlirləri 3 mln. manata çatıb ki, bu da 2013-cü ilin analoji dövrünə nisbətən 76% çoxdur. Hesabat dövrünün sonuna "Bank VTB (Azərbaycan)"ın məcmu kapitalı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 55% artaraq 48 mln. manata çatıb.
Təhlil olunan dövr ərzində "Bank VTB (Azərbaycan)" 5 yeni filialını istifadəyə verməklə satış nöqtələrinin sayını 10-a çatdırıb. Bu ilin sonuna kimi biri Sumqayıt şəhərində olmaqla daha 3 filialın müştərilərin xidmətinə verilməsi planlaşdırılır.