“Bank VTB (Azərbaycan)” ipoteka kreditləri verməyi planlaşdırır

Maliyyə
  • 02 noyabr, 2016
  • 06:44
“Bank VTB (Azərbaycan)” ipoteka kreditləri verməyi planlaşdırır

Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank VTB (Azərbaycan)” ASC Azərbaycan İpoteka Fondunun xətti ilə ipoteka kreditləri verməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Bankın 51%-lik səhmdarı, Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.

Bununla yanaşı, M.Oseyevski qeyd edib ki, Bankın planlarına Rusiya rublu ilə ipoteka krediti vermək də daxildir: “Lakin bu daha çox, Azərbaycan manatının Rusiya rubluna məzənnəsindən asılıdır. Biz bunu Qazaxıstanda tətbiq etmişik və bu mexanizm olduqca uğurlu olub. Analoji təcrübə Azərbaycanda da tətbiq oluna bilər”.

44 - Tezliklə