“Bank VTB Azərbaycan”ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
- 16 mart, 2021
- 13:57
Aprelin 30-u saat 12:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank VTB Azərbaycan"ın 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, ötənilki mənfəətinin bölüşdürülməsi, səhmdarlara dividend ödənilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995 %-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005 %-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.
Son xəbərlər
12:23
Orban Vaşinqtonda Trampla görüşəcək
Digər ölkələr12:15
Müşavir: Konqo tarixinə aid bütün materiallar Belçikanın əlindədir
Xarici siyasət12:14
Sabah hava yağmursuz olacaq
Ekologiya12:13
Foto
I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Quliyev dəfn edilib
Daxili siyasət12:11
Şəhid qardaşı: Bundan sonra baş çəkəcəyimiz bir məzar var
Daxili siyasət12:11
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb
Komanda12:04
Foto
Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət12:03
IMF: "Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 % artacaq
İnfrastruktur12:02