"Bank Respublika" nizamnamə kapitalını artırır

Maliyyə
  • 30 aprel, 2026
  • 08:54
Bank Respublika nizamnamə kapitalını artırır

İyunun 16-da, saat 12:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın 2025-ci il üçün kənar audit yoxlamasının nəticələrinin, investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiq edilməsi, nizamnamə kapitalının artırılması, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, bu sənədn yeni redaksiyada təsdiq edilməsi, Mükafatlandırma Siyasətinin və Müşahidə Şurasının əsasnaməsinin təsdiqlənməsi daxildir.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.