“Bank Respublika”nın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 22 aprel, 2025
  • 09:25
“Bank Respublika”nın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 11-də, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Bank Respublika"nın 2024-cü il üçün kənar audit yoxlamasının nəticələrinin müzakirə edilməsi və Bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2024-cü il üzrə illik hesabatının təsdiq olunması məsələləri daxildir.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 18,46 %-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 8,47 %-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə