“Bank Respublika”nın səhmdarlarının yığıncağı keçiriləcək
- 13 avqust, 2024
- 05:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 17-də, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank Respublika"nın 2024-cü ilin I yarısının yekunları ilə bağlı kənar auditor yoxlamasının nəticələrinin müzakirə edilməsi və Bankın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,461 milyon manatdır. Bankın səhmlərinin 67,45 %-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 15,06 %-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7,42 %-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4,25%-i Almaniyanın "Sparkassen International Development Trust" şirkətinə, 0,08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.