“Bank Respublika”dan özünüməşğulluq proqramına dəstək davam edir!
- 06 iyul, 2020
- 08:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü proqramların hər zaman təşəbbüskarı və dəstəkçisi olan "Bank Respublika" ASC həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində fəaliyyətinə dəstəyi davam etdirir.
Bu dəfə Bank Abşeron, Gəncə, Quba, Lənkəran, Masallı rayonlarında və Bakı şəhərində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə kiçik biznesin qurulması üçün əvəzsiz olaraq material, avadanlıq və digər aktivlər təqdim edib.
Bununla da Abşeronda kiçik poliqrafiya mərkəzi, Gəncə və Masallıda heyvandarlıq təsərrüfatı, Lənkəranda dizayner studiyası, Qubada arıçılıq təsərrüfatı, Bakı şəhərində broyler təsərrüfatı və kiçik restoranın yaradılması mümkün olub.
Bu tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.