"Bank Respublika" “Bakı KOB evi”ndə növbəti filialını açdı
- 17 yanvar, 2023
- 06:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il fəaliyyətinin 5-ci ildönümünü qeyd edən, ölkəmizdə sahibkarlığın fəaliyyətinin dəstəklənməsində, dövlət və özəl qurumların bu sahədə xidmətlərinin əlaqələndirilməsində və KOB-ların inkişafı istiqamətində mühüm işlər görən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və fəaliyyətinin prioritet istiqaməti real sektorun maliyyələşdirilməsi olan “Bank Respublika” ASC arasında olan əməkdaşlıq çərçivəsində növbəti addım atılıb.
Belə ki, Bank Prezident İlham Əliyevin iştirakı ilə açılmış yeni “Bakı KOB evi”ndə özünün növbəti filialını istifadəyə verib.
Sahibkarların həm dövlət həm də özəl sektorda fəaliyyət göstərən qurumların xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunduğu 29 dövlət və 20 özəl qurumun təmsil olunduğu “Bakı KOB evi”ndə özünün 31-ci filialını açmaqla “Bank Respublika” da sahibkarlara geniş spektr xidmətlər təklif edərək öz töhfəsini verəcək.
“Bakı KOB evi” ölkəmizdə biznes subyektləri üçün operativlik, şəffaflıq və rahatlıq prinsiplərinə, müasir innovasiyalara əsaslanan “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlərinin göstərildiyi vahid məkandır.
Yeni filial – Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə fəaliyyət göstərəcək. “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 31 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.