Bank rəsmisi: "Mobil operatorların bank xidməti göstərməsi yeni çağırışlar yaradır"

Maliyyə
  • 17 may, 2023
  • 11:41
Bank rəsmisi: Mobil operatorların bank xidməti göstərməsi yeni çağırışlar yaradır

Azərbaycanda mobil operatorların bank xidmətləri göstərməsi yeni çağırışlar yaradır.

"Report” xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü Cəlal Orucov bildirib.

"Bu gün ixtisaslı kadrlarla bağlı yaranan vəziyyət təkcə banklar arasında deyil, fintexlərlə banklar arasında da rəqabət yaradır. Hesab edirik ki, fintexlər təkcə Azərbaycanda deyil, digər ölkələrdə də genişlənəcək”, - deyə o qeyd edib.

C.Orucov həmçinin əlavə edib ki, hazırda "PAŞA Bank" 15 fintex şirkəti ilə əməkdaşlıq edir, Bankın dövriyyəsinin 20 %-i fintexlər formalaşdırır.