Bank Ombudsmanının baxacağı şikayətlərin maksimal məbləği 5 dəfə artırılıb

Maliyyə
  • 24 fevral, 2022
  • 12:53
Bank Ombudsmanının baxacağı şikayətlərin maksimal məbləği 5 dəfə artırılıb

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin ötən gün keçirilmiş ümumi yığıncağında “Bank Ombudsmanının Əsasnaməsi”nə dəyişiklik edilib.

“Report“ xəbər verir ki, bu barədə ABA məlumat yayıb.

Məlumatda deyilir ki, həmin dəyişikliyə əsasən, bundan sonra Bank Ombudsmanı 10 min ABŞ dollarına qədər şikayətlərə baxa biləcək. Buna qədər həmin məbləğ 2 min dollar olub.

Xatırladaq ki, Bank Ombudsmanın yaradılması haqında qərar ABA-nın ümumi yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Məqsəd banklar və fiziki şəxslər arasında müqavilələrin bağlanılması, dəyişdirilməsi, icrası və yaxud xitam verilməsi ilə bağlı yaranan hüquqi və mülki mübahisələri məhkəməyə müraciət etmədən aradan qaldırmaqdır.

Bank Ombudsmanı 22 bank və 1 bank olmayan kredit təşkilatı üzrə bütün növ (kredit, depozit, pul köçürmələri və s.) şikayətlərə baxır.

44 filmi