"Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək
- 17 sentyabr, 2026
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 18-də, saat 15:00-da "Bank of Baku" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiya edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.