"Bank of Baku" iş rejimi barədə məlumat yayıb
- 15 mart, 2017
- 08:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında "Bank of Baku" ASC-nin 3 filialı 18-26 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Report" bu barədə Banka istinadən xəbər verir.
Belə ki, Bankın Bakıdakı "Mərkəz" filialı (Azərbaycan pr-ti,3), "Azneft" filialı (Neftçilər pr-ti,65) və "Səməd Vurğun" filialı (Puşkin küçəsi,12/14) saat 10:00-dan 20:00-dək (13:00-14:00 - nahar fasiləsi) işləyəcək.
Bayram günlərində müştərilər qeyd olunan hər 3 filialda valyuta mübadiləsi əməliyyatı xidmətindən faydalana bilərlər.
Qeyd edək ki, qeyri-iş günlərində Bankın Bakıda və regionlarda fəaliyyət göstərən digər filialları və partnyor mağazaları da ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.
Belə ki, müştərilər kredit və digər ödənişlərini Bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları, “MilliÖn” və “eManat” ödəniş terminalları vasitəsilə, eləcə də, www.bankofbaku.com, www.e-pul.az, www.hesab.az saytları vasitəsi ilə həyata keçirə bilərlər.
Qeyd edək ki, bayram günlərində edilmiş bütün ödənişlər Bankın əməliyyat proqramında 27 mart 2017-ci il tarixində əks olunacaq.